Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "Minaların təhlükəsi üzrə maarifçilik tədbirləri" adlı layihə çərçivəsində tədbir keçirilib

19 oktyabr 2022 | 15:36

18.10.2022-ci il tarixidə Sabaha İnam Sosial İnkişaf İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Tərtər rayonunun Hüsənli kəndində "Minaların təhlükəsi üzrə maarifçilik tədbirləri" adlı layihə çərçivəsində tədbir keçirib.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatında  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, ictimai birliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.

Tədbirdə lahiyənin əsas məqsədləri barədə iştirkacilara məlumat verilib. Minanın təhlükəli tərəfləri, minalı ərazilərdə necə diqqətli olmalı, mina ilə qarşılaşdıqda necə rəftar etməli və hara müraciət etmələri haqqında danışılıb. Sonda xatirə fotoları çəkilib.

Keçidlər