Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə mina təhlükəsizliyi ilə bağlı təlimlər keçirilib

16 may 2023 | 18:10

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər  rayonunda yerləşən Regional Peşə Təlim Mərkəzində rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinə mina təhlükəsizliyi ilə bağlı   təlim keçirilib. Təlimlərdə nümayəndələrə  azad olunmuş ərazilərdə, partlamamış hərbi sursat və minalarla rastlaşan zaman davranış qaydaları izah olunurb, hansı addımlar atmalı olduqları ilə bağlı tövsiyələr verilib. Təlimlərə rayonun bütün icra nümayəndələri cəlb olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun mütəxəssisləri əməliyyat meneceri Şahin Allahverdiyev və Maarifləndirmə üzrə koordinator Ruslan İbrahimbəyli  tərəfindən keçirilən təlimlərdə dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib.

Təlimdə Tərtər RİHB aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini  Zabil Paşayev də iştirak edib.

Təlimin sonunda Tərtər rayonunda 18-30 yaş arasında olan qadınların minatəmizləmə əməliyyatlarına yüksək məvacib qarşılığında  cəlb olunması  layihəsi təqdim olunmuş və bununla bağlı maarifləndirmə işlərinin aparılması tövsiyə edilmişdir.

Keçidlər