Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Milli Qəhrəman Elman Hüseynovun əziz xatirəsinə həsr edilmiş kikboksinq idman növü üzrə açıq Tərtər birinciliyi keçirilib

02 mart 2024 | 10:02

28 fevral 2024-cü il tarixdə Tərtər Olimpiya İdman Kompleksində Qarabağ Regional Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kikboksinq Federasiyası tərəfindən təsdiqlənmiş əsasnaməyə uyğun olaraq Milli Qəhrəman Elman Hüseynovun əziz xatirəsinə həsr edilmiş kikboksinq üzrə açıq Tərtər birinciliyi keçirilmişdir.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Tədbirin açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Kikboksinq Federasiyasının(AKF) nümayəndələri, Milli Qəhrəman Elman Hüseynovun övladı Emin Hüseynov, rayonun idman ictimaiyyəti və  qaziləri iştirak etmişdir. 

Açıq Tərtər birinciliyində cəmi müxtəlif rayonları təmsil edən 15 komandadan 150-dək idmançı iştirak etmişdir.

Qaliblər medal, kubok və Qarabağ RGİİ-nin diplomları ilə mükafatlandırılmışlar.

Keçidlər