Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Milli İrs və Hibrid Təsir” layihəsi çərçivəsində təlim keçirilib

15 iyul 2025 | 17:09

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Milli İrs və Hibrid Təsir” layihəsinin üçüncü təlimi Tərtər şəhərində baş tutub.

Tədbiri layihə rəhbəri İbrahim İbrahimli açaraq layihənin məqsədi və əhəmiyyəti haqqında iştirakçılara məlumat verib.

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək informasiya müharibəsi şəraitində milli irsin qorunması, gənclərin milli-mənəvi dəyərlər ruhunda maarifləndirilməsi və informasiya təhlükəsizliyi istiqamətində bu cür təşəbbüslərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirin sonunda iştirakçılar maarifləndirici və düşündürücü təlim üçün təşəkkür edərək, qazandıqları yeni biliklərin gələcək fəaliyyətlərinə töhfə verəcəyini bildiriblər.

Keçidlər