Tərtərdə məzunların cəmiyyətə inteqrasiyası və məşğulluğun təmin edilməsi mövzusunda tədbir keçirilib
Tərtərdə “ümumtəhsil məktəbləri məzunlarının cəmiyyətə inteqrasiyasının təşkili, xüsusilə məşğulluğunun təmin edilməsi, peşə hazırlığına və özünüməşğulluq proqramına cəlb olunması” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə, Tərtərdə “ümumtəhsil məktəbləri məzunlarının cəmiyyətə inteqrasiyasının təşkili, xüsusilə məşğulluğunun təmin edilməsi peşə hazırlığına və özünüməşğulluq proqramına cəlb olunması” mövzusunda tədbir keçirilib
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli tədbiri giriş sözüilə açaraq, mövzu ətrafında öz fikirlərini şagirdlərə çatdırıb.
Tədbir müzakirələr şəklində davam etdirilib şagirdləri maraqlandıran suallar cavablandırılıb.