Tərtərdə məktəblilər narkomaniya əleyhinə maarifləndiriliblər
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Xoruzlu kənd tam orta məktəbində şagirdlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları məktəbdəki Şəhidlər abidəsinin önünə gül çiçək-dəstələri düzüb, Vətən uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda narkotiklərin törətdiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.