Tərtərdə məktəblər arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarışın seçim mərhələsi keçirilib.
21 oktyabr 2026 | 10:03
Yarış 20 oktyabr 2026-cı il tarixində Qarabağ Regional Gənclər və İdman İdarəsi, YAP Tərtər rayon təşkilatı və Tərtər Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Tərtər rayonunun Azad Qaraqoyunlu kənd tam orta məktəbində keçirilib.
Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini yüksəltmək, dünyagörüşünü genişləndirmək, bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin komanda şəklində işləmək vərdişlərini formalaşdırmaq olub.
Seçim mərhələsində 8 məktəb iştirak edib. Yarışda iştirak edən məktəblər aşağıdakılardır:
1. Qazyan kənd tam orta məktəbi
2. Köçərli kənd tam orta məktəbi
3. Hüsənli kənd tam orta məktəbi
4. Soyulan kənd tam orta məktəbi
5. Evoğlu kənd tam orta məktəbi
6. Mamırlı kənd tam orta məktəbi
7. İsmayıllı kənd tam orta məktəbi
8. Azad Qaraqoyunlu kənd tam orta məktəbi
Yarışın yekun nəticələrinə əsasən, Hüsənli, Köçərli, Soyulan və Mamırlı kənd tam orta məktəblərinin komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıblar.






