Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramalarının hazırlanması” mözusunda dəyirmi masa keçirilib

19 dekabr 2023 | 10:44

Azərbaycan Respublikasında “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət planı”nın 12.3.4 bəndinin icrası ilə bağlı Tərtər rayonunda “Məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə  rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyətt nümayəndələri iştirak ediblər.


Tədbirdə  Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın  məsul katibi Rəvan Həsənov  iştirakçılara ölkəmizdə məişət zorakılığı, o cümlədən  qadın zorakılığı ilə mübarizə istiqamətində görülmüş tədbirlər, erkən və məcburi nikahlar barədə ətraflı məlumat verib. Baş verən məişət zorakılığı hadisələrinə, qadına qarşı şiddətə qarşı mübarizəyə diqqətin artırılmasının vacib olduğunu qeyd edib. Bu məqsədlə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin bariz nümunəsi olduğu bildirib ,məişət zorakılığı ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi və təcrübi biliklərin artırılması məqsədilə icra hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq təlimlərin keçirildiyini diqqətə çatdırıb, gələcəkdə aşkar ediləcək zorakılıq halları ilə bağlı Monitorinq Qrupunun üzvlərinin bir-biri ilə əlaqəsinin, informasiya mübadiləsinin və müraciətlərə çevik reaksiya verilməsinin təmin olunması məqsədilə  sosial şəbəkələrdə qrupun yaradılmasının məqsədəmüvafiq hesab edildiyi vurğulayıb. Eyni zamanda məişət zorakılığı törətmiş şəxslərin psixoloji reabilitasiyadan keçmələri üçün müxtəlif proqramlardan istifadə olunmasının vacibliyini  vurğulayıb.

Keçidlər