Tərtərdə maarifləndirmə tədbirləri davam etdirilir
05 may 2026 | 17:46
Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qapanlı kənd tam orta məktəbində şagirdlərlə narkomaniyanın fəsadlarından bəhs edən görüş təşkil olunub.
Tədbirdə çıxış edən RPŞ-in rəisi polis polkovnik-leytenantı Rüfət Məmmədov narkomaniya bəlasından geniş bəhs edib, zərərli vərdişlərin insan həyatına vurduğu zərbələri diqqətə çatdırıb. Bildirilib ki, belə hallardan uzaq durmaq hər bir kəsin öz seçimindən və məsuliyyət hissindən asılıdır.
Görüş zamanı şagirdlərlə gündəlik həyatda qarşılaşa biləcəkləri risklər barədə fikir mübadiləsi aparılıb. Onlara düzgün qərar verməyin əhəmiyyəti, sağlam həyat tərzinin üstünlükləri və mənfi təsirlərə qarşı möhkəm mövqe sərgiləməyin vacibliyi sadə dillə çatdırılıb.
Tədbir çərçivəsində internetdə təhlükəsiz davranış məsələlərinə də toxunulub. Polis əməkdaşları kiberdələduzluq halları, tanımadıqları şəxslərlə ünsiyyət zamanı ehtiyatlı olmaq və şəxsi məlumatların qorunması barədə şagirdlərə tövsiyələr veriblər.
Sonda maraq doğuran suallar cavablandırılıb.






