Tərtərdə maarifləndirici tədbir keçirilib
“18 May – 18 İyun İnsan Hüquqları Aylığı” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti, Dövlət Aktlarının Qeydiyyatı şöbəsi və Tərtər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Sonaxanım Paşazadə, rayon Qeydiyyat şöbəsinin müdiri Züleyxa Mustafayeva, Tərtər Bələdiyyəsinin sədri Tünzalə Vəliyeva çıxış ediblər.
Çıxışlarda insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların hüquqi maarifləndirilməsinin əhəmiyyəti, dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlər, eləcə də yerli özünüidarəetmə orqanlarının bu istiqamətdə fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, hüquqi biliklərin artırılması və vətəndaşların məlumatlandırılması hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsidir.
Tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılması və mövzu ətrafında fikir mübadiləsinin aparılması ilə başa çatıb.






