Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə küləyin törətdiyi fəsadlar aradan qaldırılır

21 iyun 2024 | 10:59

İyunun 20-də axşam saatlarında əsən güclü külək Tərtər rayonunda ziyanlıq törədib.

Güclü külək nəticəsində 20-dək ağac, 10-dan artıq elektrik dirəyi, 3 ədəd gecə işıqlandırılması dirəyi aşıb, fərdi evlərə, təsərrüfatlara ziyan dəyib. Rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi dayanıb.

Hazırda dəymiş ziyanın  aradan qaldırılması istiqamətində iş aparılır.

Fəsadın aradan qaldırılması üçün gecə saatlarından etibarən Tərtər Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının üzvləri ərazilərdə olub, müvafiq işlərin həyata keçirilməsi üçün aidiyyəti qurumların canlı qüvvəsi və texnikaları cəlb olunub.

Qırılmış elektrik xətləri və dirəkləri bərpa edilir, aşmış ağaclar doğranaraq ərazidən təmizlənir.

Hazırda küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Keçidlər