Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirilib

17 mart 2023 | 18:15

Tərtər rayonunda yerləşən 5 saylı körpələr evi-uşaq bağçasında Azərbaycan xalqının milli adət ənənələrini özündə birləşdirən xalqımızın qədim bayramı olan Novruz bayramı qeyd olunub.

Bayram şənliyində iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət edilmiş qonaqları bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb. Qeyd edib ki, bu günkü gün uşaqlar daha xoşbəxt, daha sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.

Bayram tonqalı ətrafında təşkil olunan şənlikdə uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar, rəqslər ifa edilib, səhnəciklər göstərilib.

Keçidlər