Tərtərdə “Konstitutsiya və Suverenlik ili çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar “Qələbənin adı Zəfər” mövzusunda inşa müsabiqəsi keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər Təhsil Sektorunun təşkilatçılığı ilə rayonun Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Qələbənin adı Zəfər“ adlı inşa yazı müsabiqəsi keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova müsabiqəni açaraq, şagidlərə mövzu ilə bağlı məlumat verib.
Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova və YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev məktəblilərə 8 noyabr-Şanlı Zəfər tarixi haqqında danışaraq, öz tövsiyyələrini verib, uğurlar diləyiblər.
Qeyd olunub ki, bu gün inşa müsabiqəsində iştirak edən bu məktəblilərin hər biri cəbhə bolgəsində yaşadıqları üçün müharibənin ətrafa necə ölüm saçdığını həmyaşıdlarından daha yaxşı bilir və Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərin sevincini daha yaxşıdərk edirlər. Zəfər tarixi onların gözləri önündə yazılıb, Tərtər məktəbliləri müharibənin rayonumuzun infrastrukturuna vurdugu zərəri,atılan ölümsaçan raketləri öz gözləri ilə görüblər. Erməni vandallarının dinc əhalini atəşə tutmasının, mülki insanların şəhid olmasının şahidi olublar. Ona görə də onlar daha vətənpərvər və qorxmazdılar.
Müsabiqədə 47 ümumtəhsil məktəbindən 37-si iştirak edib.
Mövzunu yazmağa 1 saat vaxt verilib.
Müsabiqədə yer tutan 1, 2 və 3-cü yerlərin qalibləri 8 noyabr-Zəfər Gününə həsr edilmiş umumrayon tədbirində təltif ediləcəklər.






