Tərtərdə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.
24 sentyabr 2025 | 17:36
Bilik yarışı Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı və "Vəkiloğlu MMC"nin dəstəyi ilə keçirilib.
Düşündürücü suallarla və gərgin mübarizə şəraitində keçən intellektual oyunda hər komandada 5 nəfər olmaqla 10 komanda iştirak edib və yüksək nəticə göstərmiş 3 komanda müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.
Qalib komandalar Qarabağ Regional Gənclər və İdman İdarəsinin və YAP Tərtər rayon təşkilatının diplomları və "Vəkiloğlu MMC"nin" "Patron" məhsullarından ibarət hədiyyələrlə mükafatlandırılıb.






