Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən Müharibəsi şəhidi Taleh Məhərzadənin ailəsini ziyarət edib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, YAP Tərtər Rayon Təşkilatının əməkdaşı Gündüz Alıkişiyev və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Tərtər rayonunun Qaynaq kəndində şəhid Məhərzadə Taleh Oktay oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.
Anar Məmmədov şəhidin valideynlərinə başsağlığı verərək bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaq. Millət vəkili şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini qeyd edib.
Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.






