Tərtərdə Konstitusiya və Suverenlik İli çərçivəsində “Vətən müharibəsi Qəhrəmanları ilə bir Gün”adlı tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli" çərçivəsində 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşəbbüsü ilə YAP rayon təşkilatının inzibati binasında “Vətən müharibəsi Qəhrəmanları ilə bir Gün”- təltif olunmuş müharibə iştirakçıları ilə gənclərin görüşü keçirilib.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, şəhid ailəsi üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, Tərtər Peşə Məktəbinin müəllim və tələbələri, yeniyetmə və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhunu bir dəiqəlik sükutla yad edilb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bildirib ki, 8 Noyabr - Zəfər Günü xalqımızın şanlı tarixinin ən parlaq səhifələrindən biridir. 44 günlük Vətən müharibəsi xalqımızın sarsılmaz iradəsini, Vətənə sonsuz sevgisini bir daha nümayiş etdirdi. Şəhidlərimizin canı, qazilərimizin və müharibədə döyüşə atılan bütün əsgərlərimizin fədakarlığı hesabına əldə edilən bu qələbə hər bir azərbaycanlının
qəlbində qürur və iftixar hissi yaradır.
Rayon rəhbəri, tərtərlilərin 44 günlük Vətən müharibəsində göstərdiyi dözüm və dəyanətdən, tərtərli şəhidlərin, qazilərin, müharibə veteranlarının döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, arxa cəbhədə xalqın dövlət və iqtidarla birliyindən ətraflı danışdı. Qeyd etdi ki, Müstəqil Azərbaycan gəncliyinin əsas vəzifəsi bu müqəddəs tarixi unutmamaq, dövlətinə, torpağına və bayrağına sədaqətlə xidmət etməkdir. Qeyd olunub ki, bu gün hər bir azərbaycanlının borcu şəhidlərin canı bahasına azad edilən torpaqlarda həyatın yenidən canlanması, dövlətimizin güclənməsi və üçrəngli bayrağımızın daim ucalarda dalğalanması üçün çalışmaqdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov da çıxış ediblər. Qeyd olunub ki, 8 Noyabr - Zəfər Günü Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi, xalqımızın xoşbəxt, firavan gələcəyinə hesablanmış müdrik və uzaqgörən siyasətinin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və azadlığı uğrunda ordumuzun sıralarında tərtərli gənclər də böyük rəşadət göstərmişlər. Qazilərimiz və müharibə veteranlarının iştirakı ilə təşkil olunan görüşlər, tədbirlər tək gənclərimiz üçün deyil, hər kəs üçün əsl qəhrəmanlıq nümunəsi, Vətənə, xalqa, müqəddəs bayrağımıza bəslənilən sonsuz məhəbbətin təcəssümüdür.
Sonra “Azərbaycan Bayrağı” ordenli Elnur Salahov, qazilərdən Amid Paşayev, Sadiq Abbasov, Nurlan Məhərrəmli, Təhmuraz Muradov, Kamil Səfərli, Rasim İsaxov, Cəsarət Haqverdiyev, Elmir Qurbanlı, Elgiz Məmmədov, İlham Aslanov, Misir Axundov çıxış edərək ölkəmizin azadlığı uğrunda keçdikləri döyüş yolundan, onlara dövlət tərəfindən verilən təltiflərdən danışaraq öz xatirələrini bölüşüb və şəhid ailələrinin üzvlərinə və müharibə iştirakçılarına dövlətimizin göstərdiyi yüksək qayğıdan söz açıblar.
Tədbirdə gənclər adından Tərtər Peşə Məktəbinin direktor müavini Esmira Hüseynzadə, tələbələrdən İnsafa Mustafazadə və Elvin Sadıqzadə çıxış ediblər. Onlar Vətən yolunda canından keçmiş şəhidlərin, sağlamlıqlarını itirmiş qazilərin və bütünlükdə Vətən müharibəsi veteranlarının keçdikləri döyüş yolunun gənclərə bir örnək olduğunu bildiriblər.
Çıxış edənlər dövlət tərəfindən şəhid və qazi ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ya öz minnətdarlıqlarını bildiriblər.






