Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli çərçivəsində və 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə bağlı “Şanlı Zəfər Tariximiz” mövzusunda dəyirmi masa keçirilib

27 oktyabr 2025 | 12:15

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində“ və 2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı  Tərtər Peşə məktəbində  “Şanlı Zəfər Tariximiz” adlı “dəyirmi masa” keçirilib.

Tədbirdə əvvəlcə Ulu öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək, bildirib ki, ədalətin və bütövlüyün bərpasından artıq beş il ötür. Zəfər səlnaməsinə gedən  qalibiyyət yolumuz məhz 2016-cı il “Aprel döyüşləri”, 2018-ci il may ayında “Günnüt əməliyyatı”, 2020-ci ildə “Tovuz döyüşləri” ndən başladı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, xalqımızın birliyi sayəsində qələbə qazandıq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. 44 gün ərzində bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi. Şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına tarixi torpaqlarımız işğaldan azad olundu, hərb tariximizə qızıl hərflərlə Qələbə yazıldı.

Zabil Paşayev 44 günlük Vətən müharibəsində döyüşən şəhər olan yaşadığımız rayondan, tərtərlilərin göstərdiyi dəyanət və dözümdən, şəhid və qazilərdən də söhbət açıb.

Sonra YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, məktəbin direktoru Əli Babayev, müəllimlərdən Qalalı Hüseynov, texniki işçi Tamella Məmməddova və tələbələrdən Rövşanə Səfiyeva çıxış ediblər.Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan Yenilməz sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq.

Keçidlər