Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli çərçivəsində və 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə bağlı rəsm və əl işlərindən ibarət müsabiqə keçirilib

28 oktyabr 2025 | 16:46

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının və Tərtər Təhsil sektorunun birgə təşkilatçılığı ilə Uşaq Gənclər İnkişaf Mərkəzinin qarşısında ümumtəhsil məktəbllkərinin şagirdləri  arasında  8 noyabr Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş rəsm və əl işlərindən ibarət “Şanlı Zəfər tariximiz” adlı  müsabiqə keçirilib.

Müsabiqəyə 38 ümumtəhsil məktəbindən 45 rəsm və əl işləri təqdim edilib.

Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə iştirak edən Tərtər rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Svetlana Əzizova, YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova “Zəfər günü” münasibətilə şagirdlərə ordumuzun şanlı qələbəsi, şəhid və qazilərimizin qəhrəmanlıq səlnaməsi haqqında danışıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci, müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibəti ilə 2025-ci ili  “Konstitusiya və Suverenlik İli” elan edib.

Müsabiqəyə təqdim olunan məktəblilərin rəsm və əl işlərindən 9-u seçilib. 3 nəfər birinci, 3 nəfər ikinci, 3 nəfər isə həvəsləndirici yerə layiq görülüb.

Qeyd olunub ki, yer tutan məktəblilər Zəfər Günü münasibəti ilə keçiriləcək ümumrayon tədbirində Tərtər rayon İcra Hakimiyyəti, YAP Tərtər rayon təşkilatı və Tərtər Təhsil Sektoru tərəfindən diplomlar və fəxri fərmanla təltif olunacaqlar.

Keçidlər