Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Uşaqların ictimai fəallığının artırılması, şəxsiyyət kimi formalaşması”, “Narkomaniyaya yox deyək!” və “Gəncləri radikalizm və ekstremizmin təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib

16 aprel 2025 | 16:15

Əsəd Məmmədov adına Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Dini Qurumlar İşi üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin baş məsləhətçisi Pərviz Eyvazov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı, Qafqaz Müsəlmanları İdarəsinin Tərtər rayonu üzrə səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov, Tərtər rayon Polis şöbəsinin İTB-nin Yetkinlik yaşına çatmayanların proflaktiki işinin təşkili qrupunun baş inspektoru İlham Rəhimli, Tərtər rayon Polis şöbəsinin İTB-nin Yetkinlik yaşına çatmayanların proflaktiki işinin təşkili qrupunun  inspektoru Sirac Əlizadə, məktəbin direktoru Amil Hüseynov, müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirdə sağlam ailə mühitinin uşaq şəxsiyyətinin inkişafında və formalaşmasında əhəmiyyətli rolundan bəhs edilib. Uşaqları kiçik məktəbli yaşlarından oxumağa meyilləndirmək və oxunu vərdişə çevirmək, uşaq şəxsiyyətinin inkişafına müsbət təsir göstərən faktor kimi qeyd edilib.

Həmçinin çıxış edənlər tərəfindən gəncləri radikal dini düşüncələrdən və ekstremist meyillərdən qorumaq məqsədilə mütəmadi olaraq yerlərdə maarifləndirici tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyətindən bəhs edilib.

Eyni zamanda tədbirdə narkomaniya ilə mübarizdə hər bir vətəndaşın fəallıq göstərməli olduğu, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsinin onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artırmasından bəhs edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər