Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Uşaqların hüquq pozuntularının qarşısının alınması”, “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” və “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

15 may 2025 | 17:59

Aslan Kərimov adına 3 nömrəli ümumi orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis leytenantı Sirac Əlizadə, Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevt-həkimi Aytəkin Paşayeva, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun aparıcı məsləhətçisi Ülviyyə Bilali, məktəbin direktoru Kəmalə Əliyeva, məktəbin praktik psixoloqu Kişvarə Cəfərova, müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Çıxış edənlər uşaqlara qarşı baş verəbiləcək hüquq pozuntuları, uşaqların hüquq və azadlıqları barədə geniş məlumat veriblər. Hüquq-mühafizə orqanları tərəfindən bu kimi hallar araşdırılaraq, onlara lazımi hüquqi qiymət verildiyi və təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb olunmasından bəhs edilib.

Həmçinin tədbirdə erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Eyni zamanda tədbirdə narkomaniya ilə mübarizdə hər bir vətəndaşın fəallıq göstərməli olduğu, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsinin onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artırmasından bəhs edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər