Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

13 dekabr 2025 | 12:43

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Tərtər-Bərdə magistral avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Qədir Babayev, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləriiştirak ediblər.

Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, mövcud olan ağaclar və yeni əkilmiş 110 ədəd eldar şamı suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.

Keçidlər