Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Təhsildən yayınma hallarının qarşısının alınması” və “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda tədbir keçirilib
Rafiq Məmmədov adına Evoğlu kənd tam orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin İTB-nin Yetkinlik yaşına çatmayanların proflaktiki işinin təşkili qrupunun inspektoru Sirac Əlizadə, Tərtər RPŞ-nin rəisinin şəxsi heyyət üzrə köməkçisi-polis mayoru Samir Bayramov, Evoğlu kənd İƏD üzrə nümayəndənin müavini Rəşad Cəfərov, məktəbin direktoru Yaşar Məhərrəmov, müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Uşaq Səfirlər Məcəlləsinin Tərtər rayon üzrə nümayəndəsi, Evoğlu kənd tam orta məktəbinin şagirdi Ayxan Allahverdiyev “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda çıxış edərək, slayd təqdim edib.
Çıxış edənlər təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Şagirdlərin dərsdən yayınma səbəbləri müzakirə olunub.
Həmçinin tədbirdə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hər kəs kimi uşaqların da yaşına uyğun informasiya əldə etmək hüququnun olduğu lakin uşaqların bu hüquqlarını pozmadan onları zərərli informasiyalardan necə qorumaq lazımdır? sualı ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.