Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid Müzəffər Əliyevin ailəsi ziyarət edilib

26 may 2025 | 11:02

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla  birlikdə Tərtər rayonunun Dəmirçilər kəndində şəhid Əliyev Müzəffər Əli oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.

Müzəffər Əliyev 1971-ci ilin avqust ayının 27-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub.

Müzəffər Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması zamanı sentyabr ayının 30-da Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin qarşısına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub.

Ailəli idi. 3 övladı yadigar qalıb.

Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər