Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid Elnur İbrahimovun ailəsi ziyarət edilib

10 iyun 2025 | 11:07

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla  birlikdə Tərtər rayonunun Qaradağlı kəndində İbrahimov Elnur Səxavət oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri İbrahimov Elnur Səxavət oğlu 1990-cı il noyabr ayının 13-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.

Elnur İbrahimov 19 sentytabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Qaradağlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid İbrahimov Elnur Səxavət oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda" medalı ilə təltif olunub.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər