Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid Baxışlı Baxışın ailəsi ziyarət edilib

17 iyul 2025 | 18:43

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla  birlikdə İsmayılbəyli kəndində  2024-cü ilin iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində şəhid olan Baxışlı Baxış Elşən oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Baxışlı Baxış Elşən oğlu 07 noyabr 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib. 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları və Azərbaycan Respublikası Prezidentinin 17 avqus 2024-cü il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər