Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində qazi Niyazi Qurbanovun ailəsi ziyarət edilib

21 iyun 2025 | 16:33

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla  birlikdə Tərtər rayonunun Qaradağlı kəndində Birinci Qarabağ müharibəsinin qazisi Qurbanov Niyazi Əlövsət oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.

Qurbanov Niyazi Əlövsət oğlu  Qaradağlı kəndində yaşayır, birinci dərəcəli Birinci Qarabağ müharbəsi əlilidir, dövlət tərəfindən mənzil və avtomobillə təmin olunub.

Qurbanov Niyazi şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər