Tərtərdə Konstitusiya və Suverenlik İli çərçivəsində “Narkomaniyaya yox deyək!” və “Uşaqların insan alverinin qurbanına çevirilməsinin qarşısının alınması” mövzusunda tədbir keçirilib
Şikar Şikarov adına Tərtər şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis leytenantı Sirac Əlizadə, Tərtər Şəhər Polis sahə rəisi Nail Cəfərli, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Tərtər rayon Mərkəzi Xəstəxanasının həkim pediatrı –narkoloq Hicran Rəhimli, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, Tərtər rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar həkim köməkçisi İradə Həmidova, məktəbin direktoru Arzu Babayeva, müəllim kollektivi, valideyn və şagirdlər iştirak ediblər.
Çıxış edənlər narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyaya qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıblar.
Ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən danışıb, uşaqların insan alverinin qurbanına çevirilməsinin qarşısını almaq üçün hüquq-mühafizə orqanları tərəfindən bu kimi halların araşdırıldığını, onlara lazımi hüquqi qiymət verildiyini və təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb olunduğunu bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






