Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində kikboksinq turniri keçirilib

11 sentyabr 2025 | 17:44

Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində kikboksinq idman növü üzrə rayon turniri keçirilib. Yarış “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunaraq gənclərin sağlam həyat tərzinə marağının artırılması, idmana cəlb edilməsi və istedadlı idmançıların üzə çıxarılması məqsədi daşıyıb.

Turnirdə müxtəlif yaş qruplarını təmsil edən 60-a yaxın idmançı güclərini sınayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda idmançılar müxtəlif çəki dərəcələri üzrə qüvvələrini yoxlayıblar.

Sonda qaliblər və mükafatçılar Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin nümayəndələri tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar. Yarışın qaliblərinə gələcək idman fəaliyyətlərində uğurlar arzulanıb.

Keçidlər