Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bayraq Meydanının ətrafına və şəhərin girişinə qızıl gül kolları əkilib
29 mart 2025 | 14:52
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bayraq Meydanının ətrafına və şəhərin girişinə qızıl gül kolları əkilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri iştirak ediblər.
Aksiya çərçivəsində Bayraq Meydanının ətrafına və şəhərin girişinə 1000 ədət qızıl gül kolu əkilib, əkilən gül kolları suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.