Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə və məktəb əməkdaşlığının rolu: milli dəyərlərin qorunması” və “Ailəm-həyat məktəbim...Məktəbim doğma ailəm” mövzularında tədbir keçirilib

14 oktyabr 2025 | 14:54

Tərtər şəhər İsmayıl Məmmədov adına 2 nömrəli məktəb-liseydə və Rafiq Nuriyev adına 6 nömrəli tam orta məktəblərdə keçirilən tədbirlərdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, “Uşaqların Gələcəyi Naminə” İB-nin sədri Könül Quliyeva, Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova, 2 nömrəli məktəb-liseyin direktoru Gülarə Ələkbərova və 6 nömrəli tam orta məktəbin direktoru Rüfət İsmayılov, müəllim kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

 “Mili-mənəvi dəyərlin araşdırılmasında məktəb və ailənin rolu” layihəsi haqqında məlumatlar, həmçinin tədbirin məqsədindən, milli-mənəvi dəyərlərin qorunmasında uşaqlarımızın, yeniyetmələrimizin və gənclərimizin milli ruhda tərbiyə olunmasının rolundan, məktəb-ailə münasibətinin gücləndirilməsindən  danışılıb. Mövzu ətrafında müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər