Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

24 oktyabr 2025 | 17:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və 8 Noyabr Zəfər Gününün beşinci ildönümü ilə ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Tərtər şəhəri Heydər Əliyev prospektində yolun  kənarlarında ağacəkmə aksiyası keçirilib.

Aksiyada Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Vətə Müharibəsi iştirakçıları,  9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri və “DOST MMC”-nin işçiləri iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə 200 ədəd eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bu kimi aksiyaların rayon ərazisində mütəmadi olaraq  davam etdiriləcəyini qeyd edib.

Keçidlər