Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "28 May-Müstəqillik Günü" ilə əlaqədar "Şərqdə doğan günəş - Əbədi müstəqilliyimiz" adlı tədbir keçirilib

26 may 2025 | 17:57

Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində “28 May - Müstəqillik Günü"nə həsr olunmuş "Şərqdə doğan günəş - Əbədi müstəqilliyimiz" adlı tədbir keçirilib.

Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov və Tərtər Peşə məktəbinin əməkdaşı Esmira Hüseynzadə mövzu ətrafında çıxış ediblər.

Sonda "28 May - Müstəqillik Günü"nə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Keçidlər