Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli-2025” “Uşaq hüquqları aylığı” çərçivəsində “Dövlətimin tam hüquqlu vətəndaşıyam” və “Uşağın ailədə və cəmiyyətdə hüquqları” mövzusunda tədbir keçirilib

24 oktyabr 2025 | 17:07

M.Məmmədov adına Bəyimsarov kənd tam  orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, məktəbin direktoru Elşən İsayev və şagirdlər iştirak ediblər.

Çıxış edənlər ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən bəhs etmişlər. Şagirdlərə hüquqlarının pozulması hallarına qarşı mübarizə yolları izah edilib.Uşaqlara qarşı baş verəbiləcək hüquq pozuntuları, uşaqların hüquq və azadlıqları barədə geniş məlumat veriblər. Hüquq-mühafizə orqanları tərəfindən bu kimi hallar araşdırılaraq, onlara lazımi hüquqi qiymət verildiyi və təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb olunmasından bəhs edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər