Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli-2025” çərçivəsində “Şagird davranışı və təhlükəsizlik qaydaları” və “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması. Rəqəmsal vasitələrdən istifadənin faydaları və zərərləri ” mövzusunda tədbir keçirilib

16 dekabr 2025 | 19:40
Şikar Şikarov adına Tərtər şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanova, rayonun məktəb direktorları, psixoloqlar və valideynlər iştirak ediblər.
 
Çıxış edənlər şagird davranışı və təhlükəsizlik qaydalarının təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyini, məktəb nüfuzunun artırılması işinə dəstək verdiyini qeyd etmişlər.
 
Həmçinin uşaqların rəqəmsal mühitdə müdafiəsi istiqamətində dövlət siyasətinin sistemli şəkildə həyata keçirdiyi tədbirlər vurğulanmış, bu sahədə görülən işlər və hüquqi çərçivə haqqında məlumat verilmişdir. Uşaqların zərərli informasiyalardan qorunması sahəsində qəbul olunmuş qanunvericilik sənədlərinin bu istiqamətdə hüquqi tənzimləməni təmin etdiyi qeyd edilmişdir.
 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər