Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli-2025” çərçivəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən “Korrupsiyaya yox deyək!” mövzusunda tədbir keçirilib

04 dekabr 2025 | 09:42

Tərtər rayon Uşaq musiqi məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Uşaq musiqi məktəbinin direktoru Mahir Qədimov  və məktəbin kollektivi iştirak ediblər.

Həmçinin Uşaq musiqi məktəbinin müəllimələri İradə Əmirova və Afaq Əliyeva mövzu haqqında çıxış etmişlər.

Çıxış edənlər korrupsiyaya qarşı hərtərəfli mübarizə, hüquqpozmalara yol verilməməsi, vətəndaşların hüquqlarının müdafiəsi və dövlətimizin korrupsiyaya qarşı mübarizəsi istiqamətində fəaliyyətindən bəhs etmiş, bu mövzuda səmərəliliyin təmin edilməsi və möhkəmləndirilməsində ümumi mübarizə yolları haqqında fikirlərini bildirmişlər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər