Tərtərdə kanalizasiya xətlərində və yağış barmaqlıqlarında təmizləmə işləri aparılıb
Ölkə ərazisində davam edən intensiv yağıntılarla əlaqədar Rayon Fövqaladə Hallar Komissiyasının tapşırığına əsasən Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən İntensiv yağıntıların kanalizasiya sistemlərinin fəaliyyətinə yaratdığı problemlərin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülüb.
Belə ki, ərazidə toplanan yağış sularının axıdılması üçün əsas daşıyıcı kanalizasiya kollektorları və xətləri, baxış quyuları və yağış barmaqlıqlarının yuyulması, onların bərk tullantılardan təmizlənməsi işləri aparılıb.
Kanalizasiya və yağış suları sistemlərinin normal rejimdə işləməsi üçün mütəmadi olaraq şəbəkələrdə, kollektorlarda və qurğularda monitorinqlər aparılır, qarşıya çıxan problemin operativ həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür.