Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə işəgötürənlərlə görüş təşkil olunub

28 dekabr 2022 | 18:27

28 dekabr 2022-ci il tarixdə Tərtərdə rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə işəgötürənlərlə görüş təşkil olunub.

Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, aparatın əməkdaşları, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının rəhbəri Babək Tağıyev  və işəgötürənlər iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində ölkəmizdə aparılan islahatlardan danışıb. Qeyd edib ki, əhalinin məşğulluq səviyyəsinin artırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. İnsanların layiqli iş yerləri ilə təmin olunması və onların gəlir imkanlarının artırılması Azərbaycanın dərinməzmunlu sosial siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə bütün ölkə boyunca davamlı tədbirlər həyata keçirilir.

Görüşdə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perespektivləri müzakirə edilib.

Keçidlər