Tərtərdə işəgötürənin iştirakı ilə dəyirmi masa təşkil olunub
Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı tərəfindən Tərtər rayonunda Tərtər rayon İcra Hakimiyyəti, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ Regional şöbəsi, özəl və dövlət sektorunu əhatə edən 22 işəgötürənin iştirakı ilə dəyirmi masa təşkil olunub.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Filial əməkdaşları tərəfindən xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası, əmək yarmarkalarının təşkili və digər məşğulluq tədbirləri, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili haqqında işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ Regional şöbəsinin əməkdaşı minimum əməkhaqqı, əmək qanunvericiliyində bərabərlik və ayrı-seçkilik, işçilərin birləşmək hüququ, uşaq əməyi və məcburi əməklə bağlı qanunvericilik, əməyin mühafizəsi və təhlükəsizliyi, işçilərin məzuniyyət hüququ, əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödənişlər, əmək müqaviləsinin müddəti və iş saatları, sosial ödənişlərə işəgötürənlərin cəlb edilməsi, işəgötürənin təşəbbüsü ilə işdənçıxma, Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında işəgötürənləri marifləndirdi .
Sonda Dövlət Məşğulluq Agentliyinin müxtəlif fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri və digər işəgötürənlərin bu layihələrdən faydalanması ilə bağlı tövsiyyələri dinlənilib.