Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “İnsan hüquqları aylığı” ilə bağlı tədbir keçirilib

15 iyun 2024 | 11:42

14 may 2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının akt zalında “İnsan hüquqları aylığı” ilə bağlı tədbir keçirilib.

Tədbirdə Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli,  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, YAP rayon təşkilatının əməkdaşları, Tərtər Rayon Polis Şöbəsində rəis müavini, polis mayoru Samir Bayramov, Tərtər Rayon Polis Şöbəsində Yetkinlik yaşına çatmayanlarla profilaktiki İşin təşkili Qrupunun baş inspektoru, polis leytenantı İlham Rəhimli, Tərtər Rayon Qadın İcma Resurs Mərkəzinin kordinotoru Qumru Şəmilova və digər şəxslər iştirab ediblər.

Tədbirdə çıxış edənlər cəmiyyətdə mövcud olan və insan hüquqlarının həyata keçirilməsinə böyük əngəl törədən halların aradan qaldırılması, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə ölkəmizdə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışlar.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər