Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “İnsan Hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

19 may 2023 | 18:14

Mayın ayının 19-da Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsinin təşkilatçılığı ilə Tərtər Rayon Gənclər Mərkəzində “İnsan Hüquqları aylığı” (18 may-18 iyun) çərçivəsində tədbir keçirilib.

Tədbirdə RİHB Aparatında İçtimai-siyasi və humanitar məbəsələr şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, DQİDK-nin Ağcabədi bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərviz Eyvazov, Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov, rayonun  inzibati ərazi dairəsi üzrə nümayəndələri, təhsil işçiləri, din xadimləri iştirak ediblər.

Tədbirdə DQİDK-nin Ağcabədi bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərviz Eyvazov “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda məruzə edib. O, bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini vətəndaşlar arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, insanlarda  humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

Tədbirdə Tərtər RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov, şəhər 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zülfiyyə Abdullayeva çıxış ediblər. Çıxışçılar  bu sahədəki mövcud qanunvericilik sahəsindən, dövlətimizin vətəndaşlara göstərdiyi diqqət və qayğıdan bəhs edib və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və sair kimi hüquqlarından danışıblar.

Tədbir iştirakçıları insan hüquq və azadlıqlarının qorunması, hüququnun yaranma tarixi və bu sahədə mövcud olan beynəlxalq sənədlər, yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etmək, fikirlərini ifadə etmək hüquqları haqqında məlumatlandırılıblar.

Keçidlər