Tərtərdə “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti tədbir keçirilib
Tərtər Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə idarənin rəisi Murad Cəfərov açaraq bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir. Dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunub. Qəbul edilən qanun və qərarlar insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə təminat verir.
Tədbirdə Tərtər Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsin əməkdaşları Nofəl Aslanov, Aygün İsmayılova və Kamran Vəliyev də çıxış edərək insan hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərdən danışıblar.