Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “İnsan hüquq və azadlıqlarının mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib

02 iyun 2026 | 11:57

18 may – 18 iyun İnsan Hüquqları Aylığı çərçivəsində rayon icra hakimiyyətinin və  Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə mərkəzdə “İnsan hüquq və azadlıqlarının mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, aidiyyəti qurumların nümayəndələri və Aqrar İnkişaf Mərkəzinin kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Tərtər Rayon İcra Hakimiyyətinin hüquqşünası Sona Paşazadə çıxış edərək,insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayııb, ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, qəbul edilmiş qanunvericilik aktları və görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.

insan hüquqlarının mahiyyəti, vətəndaşların hüquq və azadlıqları, onların müdafiə mexanizmləri, hüquqi maarifləndirmənin əhəmiyyəti və bu sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələr barədə ətraflı danışıb.

Sonra  Tərtər DAİM –nin direktoru Mehman  Babayev, Heyvandarlıq sektorunun aparıcı –məsləhətçisi Tural Həsənov,Bitkiçilik sektorunun aparıcı-məsləhətçisi  Turan Məhərrəmli,Epizotik şöbənin müdiri Növhəl Aslanov və aparıcı baytar-həkimi Reyhan Məmnmədova çıxış ediblər. Onlar insan hüquqlarının təmin edilməsinin demokratik cəmiyyətin əsas prinsiplərindən biri olduğunu qeyd edərək, hüquqi biliklərin artırılmasının və maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı fikir mübadiləsi aparılıb.

 Maarifləndirici görüş qarşılıqlı müzakirələr şəraitində davam edib.

Keçidlər