Tərtərdə “İnformasiyanın çirklənməsi və sosial media asılılığı haqqında müzakirələr” mövzusunda tədbir keçirilib
Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbdə “İnformasiyanın çirklənməsi və sosial media asılılığı haqqında müzakirələr” mövzusunda tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Uşaq Səfirlər Məclisinin Tərtər rayon üzrə nümayəndəsi Ayxan Allahverdiyev, fəal üzvü Nuray Zeynalzadə və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər sosial medianın zərərli təsirləri, dezinformasiyanın yayılmasının qarşısının alınması üçün effektiv yollar haqqında məlumatlar təqdim etmişlər. İştirakçılar sosial medyanın həyatlarına olan təsirini daha yaxşı anlamaqla yanaşı, bu məsələlərə dair daha müdrik və infotmasiyalı qərarlar qəbul etmələri ilə bağlı maarifləndirilmişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.