Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə ilk dəfə laparoskopik xolesistektomiya cərrahiyyə aparatı ilə əməliyyat uğurla həyata keçirilib

14 may 2024 | 17:14

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayon Mərkəzi xəstəxanasına yeni gətirilmiş laparoskopik xolesistektomiya cərrahiyyə aparatı ilə aparılan ilk əməliyyatı izləyib.

Yeni cərrahiyyə aparatı ilə xəstəxanada  cərrahiyyə şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru  Asəf Fərzəliyev rayonun Ələsgərli kənd sakini Tünzalə Kazımovanın əməliyyat edib. Əməliyyat uğurlu keçib.

Xəstənin ailə üzvləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitə, müasir tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təmin edildiyinə görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər