Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə idman həftəsi çərçivəsində boks idman növü üzrə ustad dərsləri keçirilmişdir

02 mart 2023 | 15:16

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən "İdman həftəsi" çərçivəsində "5 mart Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə 2 mart 2023-cü il tarixdə Tərtər şəhər 1 saylı tam orta məktəbin idman zalında boks idman növü üzrə ustad dərsləri keçirilmişdir. Dərslər boks üzrə əməkdar məşqçi Faiq Məmmədov tərəfindən təşkil edilmiş və ümumilikdə 36 idmançı iştirak etmişdir.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rəvan Həsənov və Tərtər rayon Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov çıxış edərək, "5 mart - bədən tərbiyəsi və idman günü"nün təsis edilməsindən, bu əlamətdar günün Respublikamızın ayrı-ayrı şəhər və rayonlarında yüksək səviyyədə qeyd edilməsindən, ölkəmizdə idmana və idmançılara göstərilən dövlət dəstəyindən ətraflı danışmışlar.

Sonra boks üzrə əməkdar məşqçi Faiq Məmmədovun rəhbərliyi ilə idmançılara ustad dərsləri keçirilmişdir.

Keçidlər