Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “İcma əsaslı psixi sağlamlıq və psixososial dəstək xidmətlərinin təşkili üzrə potensialın artırılması” layihəsi çərçivəsində təlim keçirilib

15 avqust 2023 | 15:39

07-14 avqust 2023-cü il tarixlərdə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və UNICEF-in dəstəyi ilə “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən Uşaq və Ailələrə Dəstək Mərkəzində “İcma əsaslı psixi sağlamlıq və psixososial dəstək xidmətlərinin təşkili üzrə potensialın artırılması” layihəsi çərçivəsində Tərtər rayonunda Vətən müharibəsinin mümkün psixoloji zərərlərinin azaldılması məqsədi ilə şəhər, qəsəbə və kəndlərdə fəaliyyət göstərən psixoloqlar, sosial işçilər və psixoloji xidmətlə əlaqəli məsul şəxslər üçün təlimlər keçirilib. Təlimlərdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Aparıcı məsləhətçi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, rayon Təhsil Sektorunun metodisti Gülxar Abbasova və 20 nəfərdən çox psixoloq və sosial işçi iştirak edib.

Keçidlər