Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Himayədar ailə institutunun hədəfləri” mövzusunda maarifləndirici tədbir keçirilib

20 noyabr 2024 | 15:18

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planının 8.5.2-ci “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” bəndinin icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev,  Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Sosial Xidmətlər Agentliyi Qarabağ Regional Filial mütəxəssisi Vüzal Əzizov iştirak ediblər.

Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov giriş sözü ilə açaraq qeyd edb ki, ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi dövlətimizin prioritet sahələrindən biridir. Tədbirdə himayədar ailə institutunun inkişaf hədəflərindən söhbət açılıb, “Himayədar ailə” qayğı modelinin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, məqsəd valideyn himayəsindən məhrum olan uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə şərait yaratmaqdır.

Sosial Xidmətlər Agentliyi Qarabağ Regional Filial mütəxəssisi Vüzal Əzizov iştirakçıları maraqlandıran sualları cavablandırılıb.

Keçidlər