Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Heyvandarlığın inkişafı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda görüş keçirilib

25 dekabr 2024 | 12:10

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Tərtər rayonunda “Heyvandarlığın inkişafı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda görüş keçirilib.

Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Qarabağ regional bölməsinin, Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizlik Agentliyinin, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qarabağ regional Məşğulluq filialının, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və müvəkkil kredit təşkilatının nümayəndələri, eləcə də regionda heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak edib.

Tədbirdə KOBİA, Tərtər Rayon İcra Hakimiyyətinin, Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Aqrar İnkişaf Mərkəzinin və Qarabağ regional Məşğulluq filialının nümayəndələri tərəfindən müvafiq sahə üzrə həyata keçirilən layihələr barəsində məlumat verilib, heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər