Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ərzaq təhlükəsizliyinin təmin olunmasında selleksiya və genetik tədqiqatların rolu” mövzusunda tarla seminarı keçirilib

03 iyun 2023 | 11:44

Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyyatlar İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ərzaq təhlükəsizliyinin təmin olunmasında selleksiya və genetik tədqiqatların rolu” mövzusunda tarla seminarı keçirilib.

Qarabağ Elmi Tədqiqat Bazasında keçirilən tarla seminarında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Genetik Ehtiyyatlar İnstitutunun icraçı direktoru Mehrac Abbasov, Tərtər DAİM-in direktoru Mehman Babayev, Qarabağ Elmi-Tədqiqat Bazasının direktoru Həmid Mehdiyev, inistitutun əməkdaşları və fermerlər iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov seminarı açaraq tədbir iştirakçılarını salamlayıb, seminarın işinə uğurlar arzu edib.    Seminarın əlamətdar bir vaxtda keçirildiyini, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu vurğulayıb. "Qarabağ Elmi Tədqiqat Bazasının inkişafında icra hakimiyyətinin rolu"  mövzusunda görülən işlərdən danışıb. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, milli toxumçuluğun inkişafına, xaricdən toxum asılılığının azaldılmasına xüsusi diqqət yetirilməklə elmi tədqiqat bazalarının bu sahədə fəaliyyətinin yaxşılaşdırılmasına yönəlməli olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Genetik Ehtiyyatlar İnstitutunun icraçı direktoru, Biologiya elmləri doktoru, dosent  Mehrac Abbasov çıxış edərək dünyada kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı olan ölkələrdə yaranmış gərgin vəziyyəti nəzərə alaraq, yaxın illər ərzində daxili imkanlarımız hesabına bu problemin həll edilməsinə nail olunmasının əhəmiyyətinə toxunub. “Ərzaq təhlükəsizliyinin təmin olunmasında seleksiya və genetik tədqiqatların rolu” movzusunda məruza ilə çıxış edib.

O, Qarabağ ərazisində təsərrüfatın genişləndirilməsi və taxıla olan tələbatın ödənilməsində Qarabağ Elmi-Tədqiqat Bazasının əhəmiyyətli rola malik olduğunu qeyd edərək, sözügedən Bazanın 40 ilədək nümunəvi elmi tədqiqat fəaliyyəti göstərdiyini, 1989-cu ildə erməni işğalına qədər 1700 hektaradək əraziyə malik olduğunu deyib. Bildirib ki, bazada 30-dan çox yüksək məhsuldar sort və minlərlə hibrid nümunəsi yaradılaraq Qarabağ bölgəsində və ölkənin digər iqtisadi rayonlarının təsərrüfatlarında geniş ərazilərdə becərilib və bu, kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib.

Əlavə edib ki, II Qarabağ müharibəsi böyük Qələbə ilə başa çatdıqdan sonra bazaya 2021-ci ilin oktyabr ayında yenidən qayıdış olub, onun fəaliyyəti bərpa edilib, yeni taxıl sortları yaradılıb və tərəvəz bitkiləri kolleksiyasının bərpası həyata keçirilib.

Seminarda AMEA-nın müxbir üzvü İbrahim müəllimin, Tərtər DAİM-n direktoru Mehman Babayevin, Genetik  Ehtiyatlar İnstitutunun əməkdaşları Rəfayıl Mahmudovun, Hamlet Sadıqovun və bazada istehsal olunan toxumlardan istifadə edən fermerlərin çıxışları da maraqla dinlənilmişdir.

Sonda rayon rəhbərinin iştirakı ilə seleksiya təcrübələri və toxumluq əkin sahələrinə baxış keçirilib.

Keçidlər