Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

24 yanvar 2023 | 15:05

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və təhsil sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.  

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli və gənc müəllimlər iştirak edib.

Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. 

Dəyirmi masanı giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev açaraq vurğuladı ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur. Ulu öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual, kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Bu gün isə cənab Prezidentimiz bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir, ölkənin idarəolunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir. Müasir Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına sadiqdir.

Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli çıxış edərək gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə Heydər Əliyev kursunun, İlham Əliyev siyasətinin təntənəsi olduğunu bildirmişdir. Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesinə öz tövhələrini verirlər.

Daha sonra Şıxarx 2 saylı tam orta məktəbin rus-dili müəllimi Gülnar Vahidzadə, Hüsənli kənd tam orta məktəbin riyaziyyat-informatika müəllimi Piri Piriyev, Qapanlı kınd tam orta məktəbin ingilis dili müəllimi Nigar Qurbanzadə və Umudlu kənd tam orta məktəbin informatika müəllimi Şəmil Şəmilzadənin  “Müstəqil Azərbaycan dövlətinin Dövlət gənclər siyasəti” və “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında çıxışları dinlənildi. Çıxışlarda vurğulandı ki, dahi Heydər Əliyev şəxsiyyəti və siyasəti Azərbaycan gəncləri üçün milli ideal formulu, tərbiyə məzmunu və fəaliyyət proqramıdır. Bu gün milyonlarla gənc Heydər Əliyev siyasi məktəbindən azərbaycançılığı, vətəni sevməyi və onun uğrunda fədakarlıqla xidmət etməyi öyrənir. Bildiriblər ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq.

Keçidlər